"Formula-1"də ağır QƏZA

"Formula-1"də ağır
İdman 03-11-2024 - 23:17

"Formula-1" üzrə Braziliya Qran Prisinin təsnifat mərhələsində ağır qəza baş verib.

Ajans.az xəbər verir ki, "Uilyams" komandasının tailandlı pilotu Aleksander Albon üçüncü təsnifat seqmentində birinci döngədən əvvəl bolidin idarəetməsini itirib və səddə çırpılıb.

Qəza nətivəsində onun bolidi ciddi zədələnib. "Uilyams"ın argentinalı pilotu Franko Kolapinto, "Ferrari"nin ispan sürücüsü Karlos Sayns, "Aston Martin"in pilotu, kanadalı Lens Stroll və onun ispaniyalı komanda yoldaşı Fernando Alonso da qəzalar törədiblər.

Qeyd edək  ki, San-Pauluda keçirilən yarışda "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen finişə hamıdan tez çatıb. Digər iki pilləni isə "Alpine"nin fransalı üzvləri tutub. Esteban Okon ikinci, Pyer Qasli isə üçüncü olub.

PAYLAŞ: