Evlənmək istəmədiyi üçün valideynləri tərəfindən az-qala öldürülən 17 yaşlı qız... - ŞOK
ABŞ-nin Vaşinqton ştatında evlənməyə məcbur edilən 17 yaşlı qız məktəbin qarşısında valideynləri tərəfindən namus üstündə şiddətə uğrayıb.
Ajans.az xəbər verir ki, yaşlı kişi ilə evlənmək istəmədiyi üçün hədələnən qız məktəbə sığınıb. O, sevgilisi ilə avtobus gözləyərkən valideynləri İhsan və Zəhra Əli onu boğmağa cəhd ediblər. Cütlük adam öldürməyə cəhd və adam oğurluğuna görə həbs edilib.
Hadisədə ata əvvəlcə qızını boğmağa çalışıb, ana isə qızına hücum edib. Hadisə gənc qızın olduğu Leysi şəhərindəki Timberlayn Liseyində baş verib. Məhkəmə sənədlərində əks olunan ifadədə gənc qız “Atam yaşlı adamla evlənmək istəmədiyim üçün məni namus üstündə öldürməklə hədələyirdi” deyib.
Qızını boğmağa çalışan atanı digər tələbələr zərərsizləşdirib. Bu arada ana Zəhra Subhi Möhsin Əli (40) də davaya qoşularaq qızını boğmağa cəhd edib. Hadisədən sonra həbs edilən ana və ataya qarşı adam öldürməyə cəhd, adam oğurluğuna cəhd və basqın ittihamları ilə cinayət işi açılıb. Ana oğurluqda da ittiham olunub. Cütlük hazırda 100 min dollar və 200 min dollar girov qarşılığında həbsdədir. Kişi şagirdin atası Viktor Barnes məktəbin lazımi tədbirləri görmədiyini iddia edib.
Barnes bildirib ki, ailə iki həftə əvvəl oğlunu qaçırmağa cəhd edib və məktəbə girişi qadağan edilib. Məktəb rəhbərliyi şagirdlərin təhlükəsizliyinə ciddi yanaşdıqlarını və vəziyyəti dəyərləndirəcəklərini açıqlayıb. Hadisə zamanı gənc qızın sevgilisinin əli qırıldığı halda, gənc qızın sağlamlıq durumu ilə bağlı dəqiq məlumat verilməyib.