Ermənistan və Türkiyə münasibətləri "normallaşdıracaq"?

Ermənistan və Türkiyə münasibətləri
Siyasət 15-10-2024 - 10:12

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan oktyabrın 14-də Cenevrədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb. 

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, parlament spikerləri “erməni-türk münasibətlərinin normallaşmasına dair geniş spektr”I müzakirə edib. 

Spiker Simonyan Türkiyə tərəfinə Ermənistan-Azərbaycan sülh danışıqlarındakı son hadisələri təqdim edib və Ermənistanın sülhün bərqərar olması prosesinə hazır olduğunu bir daha bəyan edib. Spiker Simonyan Kurtulmuşa Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” layihəsini də təqdim edib. Tərəflər təmasları davam etdirmək barədə razılığa gəlib. 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: