Ermənistan Azərbaycana ikitərəfli formatda görüşlər keçirməyi təklif etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə sülh müqaviləsinin bir neçə vacib bəndini razılaşdırmaq üçün iki ölkənin xarici işlər nazirlərinin iki günlük görüşünü təşkil etməyi, sonra isə COP29-a qədər müqaviləni imzalamağı təklif edib.
Ajans.az xəbər verir ki, hakim çoxluqda olan Mülki Müqavilə Fraksiyasının deputatı, Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan “Armenpress”ə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatlarını şərh edib.
Xandanyan, oktyabrın 14-də İlham Əliyevin Belçikanın Azərbaycandakı yeni səfiri ilə görüşündə bəyan edib ki, Brüssel platformasında danışıqları davam etdirməkdən imtina edən Ermənistan Respublikasıdır.