Ermənistanın Milli qəhrəmanı həbs edildi
Qarabağda cinayətlər törətmiş hərbçilərdən biri, general Tiran Xaçatryan Ermənistanda saxlanılıb.
Ajans.az erməni mediasına istinadən istinadən xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan mediaya bildirib.
Baş Qərargah rəisinin keçmiş birinci müavininə qarşı Qarabağda 44 günlük müharibənin bəzi epizodları ilə bağlı ittihamlar irəli sürülüb. Həbs olunması ilə bağlı məhkəməyə vəsatət verilib.