Ermənistanda 15 əsgərin ölümündə təqsirləndirilən şəxslər HƏBS EDİLDİ
Bu il avqustun 23-də Ermənistan Respublikasının Qeqarkunik rayonunun ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə Azat kəndindəki hərbi sığınacaqda həlak olan 15 hərbçinin işi üzrə keçirilən məhkəmə iclasında həbs-qətimkan tədbiri seçilib.
Ajans.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər Qor Aqekyan və Marlen Sarkisyanın barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, barələrində 3 ay müddətinə ev dustaqlığı və alternativ həbs-qətimkan tədbirinin seçilməməsinə qadağa qoyulub.
Bu barədə zərərçəkmişlərin bu iş üzrə nümayəndəsi Norayr Norikyan məlumat verib.