Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

"Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm".
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında bildirib.
“Ağrısını heç vaxt unutmayacağımız, kədərini daim içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - Ərdoğan vurğulayıb.
Acısını hiçbir zaman unutmayacağımız, hüznünü hep içimizde taşıyacağımız Hocalı Katliamı’nın 33’üncü yıl dönümünde, katledilen Azerbaycanlı kardeşlerimizi rahmetle yâd ediyorum.
İyi ve kötü günde yekvücut olduğumuz kardeş Azerbaycan halkına taziyelerimi iletiyorum. pic.twitter.com/vpWyfRseLq — Recep Tayyip Erdoğan (@RTErdogan) February 26, 2025