Ərdoğan bu tarixdə Trampla görüşə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çalışır ki, aprelin sonlarında ABŞ lideri Donald Tramp ilə Ağ Evdə görüşü təmin etsin.
Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə Türkiyədəki mənbə bildirib.
Xəbərdə deyilir ki, Ukrayna və Suriya məsələlərdə vasitəçilik etməyə çalışan Ərdoğan üçün Ankara ilə Vaşinqton arasında daha güclü strateji tərəfdaşlığı təmin etmək regional sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir.
ABŞ və Türkiyə arasındakı əlaqələr Ankaranın Rusiyadan raket əleyhinə müdafiə sistemi alması və Vaşinqtonun Türkiyənin ölkə üçün təhlükə olaraq gördüyü suriyalı kürdlərə dəstəyi və digər mübahisələrə görə gərginləşib.
Bazar günü Trampla telefon danışığı zamanı Ərdoğan ABŞ prezidentini ilk səlahiyyət müddətində Türkiyənin müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb. O, həmçinin Türkiyənin F-35 döyüş təyyarələrinin hazırlanmasından kənarlaşdırılmasına son qoyulmasını və yeni F-16 qırıcılarının satışının başa çatdırılmasını istəyib.