Ərinin dəfnində xəyanətə uğradığını öyrəndi - VİDEO

Ərinin dəfnində xəyanətə uğradığını öyrəndi -
Qadın
Dünya 12-11-2024 - 18:13

Sosial şəbəkədə paylaşdığı video ilə trend mövzusuna çevrilən iki uşaq anası ərinin ölümündən sonra baş verən aldatma hadisələrindən danışıb.

Ajans.az xəbər verir ki, qadın ərinin ən yaxın rəfiqəsi və digər qadınlarla münasibətlərini öyrənib.

O, bu vəziyyət qarşısında qisas almağı düşündüyünü, lakin həyatına davam etməyin ən yaxşı qisas olduğuna qərar verdiyini bildirib.

İlk zərbə onun ən yaxın dostundan gəlib. Qadın "Yas mərasimində yanımdan ayrılmadı, əlimdən tutdu, mənə dəstək oldu. Məlum oldu ki, ərimlə münasibəti var. Ən ağrılısı da bu idi" ifadələrini işlədib.

Ərinin telefonundan başqa faktlar da ortaya çıxıb. Şəhərin o biri tərəfində yaşayan bir qadın kişinin ölümündən sonra “mən onun sevgilisi idim” deyərək önə çıxıb.

Qadın "Sosial şəbəkədə fotolar yerləşdirdi, sevgi məktubları yazdı, evimə gəldi. Ağrılarımı yaşamağa belə imkan vermədi. Uşaqlarımla sakit yas tutmağımıza mane oldu" – deyə, bildirib. Üçüncü qadın isə oğlunun sinif yoldaşının anası olub. Üstəlik, saç ustası olan bu qadın toyu üçün qadının saçını belə düzəldib.

Daha sonra isə ərinin iş ortağının qızı ilə də münasibətdə olduğunu öyrənib. Bu qız ərinin dostunun arvadı olub. Bu hadisə sosial mediada geniş əks-səda doğursa da, aldadılan həyat yoldaşının ləyaqətli mövqeyi və övladlarına göstərdiyi yetkin münasibət təqdir edilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: