Bu şəxslərin pensiyasında 45 faiz əlavə artım olacaq - ŞOK
Rusiyalılar pensiya yaşına çatdıqdan sonra işləməyə davam edərək pensiyalarını üçdə birdən çox artırmaq imkanı əldə edirlər.
Ajans.az xəbər verir ki, bu barədə "Peterburq2" portalına pensiya eksperti Sergey Vlasov məlumat verib.
O, izah edib ki, pensiya yaşına çatdıqdan sonra hər əlavə iş ili üçün bonus dərəcələri verilir. Belə ki, şəxs pensiya yaşına çatdıqdan sonra daha beş il işləməyə davam edərsə, sabit ödəniş 36 faiz, pensiya ballarının məbləği isə 45 faiz artacaq.
Ekspert qeyd edib ki, pensiyanın yekun məbləği hər bir gələcək pensiyaçının iş stajından və şəxsi qərarlarından asılıdır.