Əmr VERİLDİ: Ərdoğanın istəyi yerinə GƏTİRİLİR

Əmr VERİLDİ: Ərdoğanın istəyi
Tramp, Ərdoğan
Dünya 25-02-2025 - 10:42

Yunan mətbuatı Donald Trampın Dədəağaçdakı ABŞ bazasını bağlayacağını iddia edib, “Putin və Ərdoğanın ortaq arzusu gerçəkləşir” ifadələri nəşrdə yer alıb.

Ajans.az xəbər verir ki, oradan Ukrayna və Şərqi Avropaya silah, hərbi texnika nəqli üçün istifadə edildiyini vurğulayan qəzetlər Tramp üçün “Planetin Rəbbi” ifadəsini səsləndirib.

Yunan mətbuatında yer alan xəbərlərə görə, ABŞ hökuməti Bayden rəhbərliyinin Ukraynaya hərbi dəstək vermək üçün istifadə etdiyi Dedeağaç bazasının fəaliyyətlərinin davam etdirilməsinin zəruriliyi və davamlılığını təcili olaraq qiymətləndirməyə qərar verib.

Newsbreak.gr-in məlumatına görə, ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ukraynanın gələcəyi ilə bağlı birbaşa danışıqlar müsbət və məhsuldar qiymətləndirilsə də, Tramp administrasiyası bundan sonra Ukraynaya hərbi texnika və personal göndərməyəcək. Məlumata görə, ABŞ-nin Dədəağaçdakı bazası məhz bu səbəbdən “lazımsızlaşa biləcək” baza hesab edilir.

Xəbərdə, "Bazanın bağlanması Türkiyə üçün də böyük qazanc olacaq. Ərdoğan rəhbərliyi ABŞ-nin Dədəağaçdakı fəaliyyətindən narahatlığını dəfələrlə dilə gətirib və onun bağlanmasını tələb edib”, - deyə bildirilib.

“Kupiatikn Snuokpatia” qəzeti də xəbəri birinci səhifəsində “Tramp Dedeağaç bazasını bağlayır” başlığı ilə yerləşdirib və yerində “Planetin yeni ağası Tramp Putin və Ərdoğanın tələblərini yerinə yetirir” ifadələrini yerləşdirib.

Rusiyanın Ukraynadakı əməliyyatından sonra Türkiyə Boğazların Rejimi ilə bağlı Montrö Konvensiyasına uyğun olaraq boğazları bağladığı zaman Dedeağaç limanının rolu əhəmiyyətli dərəcədə artıb və bu liman ABŞ, İngiltərə, İtaliya kimi NATO ölkələrinə və Bolqarıstan, Rumıniya və Polşa kimi Rusiya sərhədinə yaxın ölkələrə hərbi texnikanın daşınması üçün istifadə olunur.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: