Elza Seyidcahan Zauru məhkəməyə verdi

Elza Seyidcahan Zauru məhkəməyə verdi
Şou Biznes 13-02-2025 - 16:58

''Ajans.az'' xəbər verir ki, müğənni bununla bağlı xəbəri ‘’Rəngarəng Səhər’’ verilişinin telefon bağlantısına qoşularaq verib.

Sənətçi bildirib ki, teleaparıcı Zaur Nəbioğlunu məhkəməyə verib, onunla orada görüşəcəm: 
‘’Mənim yaradıcılığıma qarşı kim hörmətsizlik edirsə, həmin şəxsi məhkəməyə vermək məcburiyyətindəyəm’’.  
Aparıcı isə bütün bunlara qarşılıq olaraq söyləyib ki, Azərbaycan Respublikasının xalq artisti olaraq Elza xanıma böyük hörmətim var:
‘’Bəstəkar və  müğənni olaraq sizə böyük rəğbət bəsləyirəm. Verdiyiniz məhkəmənin kağızını da almışam. Çox şadam. Bu dövlətin bir qanunu var. Hər birimiz həmin qanunlara uyğun hərəkət etməliyik. Buna baxmayaraq, Elza xanıma qarşı bir qram belə olsa, incikliyim yoxdur. Hər zaman verilişimizin qapıları üzünüzə açıqdır. Qeyd edim ki, daima ifa etdiyiniz mahnıları sevə-sevə dinləyirəm’’

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: