Bakıda bütün köhnə binalar SÖKÜLƏCƏK? - Eldar Əzizov

Bakıda bütün köhnə binalar SÖKÜLƏCƏK? -
Eldar Əzizov
Cəmiyyət 20-01-2025 - 06:50
 282

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 20 Yanvar faciəsinin ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edərkən köhnə binaların sökülməsi ilə bağlı açıqlama verib.

"Bakının baş planı əsasında köhnə binaların söküntüsü ardıcıllıqla davam edir. Şəhər inkişafdadır, hər bir plan uğurla reallaşdırılır," 

Bunu Ajans.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Qeyd edək ki, 20 Yanvar günü Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi anılır.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: