"103” Çağrı Mərkəzinə səsli və videogörüntülü məlumat göndərə biləcəyik - RƏSMİ

"103” Çağrı Mərkəzinə səsli və videogörüntülü məlumat göndərə biləcəyik -
Cəmiyyət 17-10-2024 - 11:51

“Vətəndaşlar “E-tabib” mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaqla yanaşı, həmçinin xəstənin vəziyyətini, ərazini və sairə məqamları daha aydın təsvir edə bilmək üçün 103 Çağrı Mərkəzinə səsli və ya video görüntülü mesajlar göndərə biləcəklər.

Ajans.az-ın məlumatına görə, bu barədə TƏBİB-in sədri Vüqar Qurbanov "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin Təkmilləşdirilməsi və optimallaşdırılması"na dair brifinqdə məlumat verib.
 
Həmçinin vətəndaşlarla daha operativ kommunikasiyanın qurulması üçün çatbot funksionallığının yaradılması planlaşdırılır. Xəstələrlə bağlı ümumi məlumatların, eyni zamanda xəstəlik tarixçələrinin həmin an əlçatan olması üçün əlaqəli elektron sistemlərlə inteqrasiyaların həyata keçirilməsi də nəzərdə tutulub.

Məlumata görə, Planlaşdırılan yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı imkanların yaradılması da var. Nəzərdə tutulan fəaliyyət planına əsasən hospitalizasiya zamanı atılan addımlarla bağlı da elektron imkanlar yaradılacaq. Həm 103 Çağrı Mərkəzi, həm də çağırış briqadaları üçün tibb müəssisələrində çarpayı fonduna dair məlumatlara əlçatanlıq avtomatik şəkildə təmin olunacaq.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: