ADY tərəfindən hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri davam etdirilir

ADY tərəfindən hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri
Cəmiyyət 27-02-2025 - 10:55

Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, ADY vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.

Ajans.az xəbər verir ki, platformalar, piyada keçidi və körpüləri qardan təmizlənir, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi cığırlar salınır.

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmalarını, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələrini xahiş edir, təhlükəsiz səfərlər diləyirik.

PAYLAŞ: