Əhaliyə XƏBƏRDARLIQ: Bu şəxslər 4 min manat cərimə olunacaq
Azərbaycanda ətraf mühitin mühafizəsi və ictimai qaydalara riayət məqsədilə cərimələr artırılır. Artıq maşından yerə zibil və ya siqaret atmaq, habelə ictimai yerlərdə siqaret çəkmək kimi davranışlara qarşı daha sərt tədbirlər görülür. Bu dəyişikliklər həm şəhər küçələrində təmizliyi təmin etmək, həm də ətraf mühiti qorumaq üçün mühüm addım kimi dəyərləndirilir. İctimai yerlərdə qaydaların pozulmasına görə tətbiq ediləcək yeni cərimələr, ictimai məsuliyyəti artırmağa yönəlib.
Maraqlıdır, bu cərimələrin məbləği nə qədər artırılacaq və bura hansı cərimələr aiddir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Ajans.az-a bildirib ki, ölkədə qanun pozuntularının qarşısını almaq və nizam-intizamı gücləndirmək məqsədilə cərimələrin məbləğinin artırılması nəzərdə tutulur:
“Çox təəssüflər olsun ki, biz vətəndaşlar olaraq ətraf mühitin qorunması ilə əlaqədar elə də böyük məsuliyyət hiss etmirik və kim necə gəldi ətraf mühiti çirkləndirir. Heç kim də düşünmür ki, bu ətraf mühitə ziyandır. Eyni zamanda zibili hara gəldi atmaqla nəticə etibarilə bu zibi toplayan qurumlar və yaxud şəxslər əziyyət çəkirlər. Bu baxımdan da bizim insanların bu qayadalara riayət etməsi üçün yeni cərimə məbləğlərinin artırılmasına ehtiyac var”.
Deputat qeyd edib ki, bu addım, xüsusən də, qaydalara əməl etməyən vətəndaşlar intizamlandırılması və ümumi ictimai asayişin qorunmasına töhfə vermək məqsədini daşıyır. Onun sözlərinə görə, qaydalar pozulduğu təqdirdə bu cərimələr tətbiq olunacaq:
“Təbii ki, biz istəmirik ki, kimsə cərimələnsin. Amma adından da göründüyü kimi qaydalar pozulduğu təqdirdə bu cərimələr tətbiq olunacaq. Bizim vətəndaşlarda da qəribə bir vərdiş var. Onlar əlavə xərcə düşmək istəmirlər. Bu baxımdan da onlar bunu nəzərə alaraq qaydaları pzomaqdan çəkinəcəklər. Bu da ona səbəb olacaq ki, ətraf mühtimizi qoruyub gələcək nəisslərə daha təmiz bir ölkdə miras qoyacağıq”.
Hüquqşünas Ramil Süleymanov isə Ajans.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən ən son dəyişikliyə görə, bir sıra inzibati xəta yaradan cərimə növlərinin məbləği artırılacaq:
“Yeni dəyişikliyə görə, tütün məmulatlarının istifadə olunduqdan sonra nəzərdə tutulmuş yerlərdə deyil, başqa bir yerə atılması İXM-yə əsasən 300 manat məbləğində cərimə olunur. Əvvəllər isə bu cərimə 50 manat nəzərdə tutulmuşdu. Eyni zamanda məişət tullantılarının nəzərdə tutulmuş qablara və ya digər yerlərə atılması əvvəllər 50 manat idi, dəyişiklikdən sonra isə fiziki şəxslər üçün bu məbləğ 300 manat, vəzifəli şəxslərə üçün 1000 manat, hüquqi şəxslər üçün isə 4000 manat miqdarında cərimə tətbiq olunacaq”.
Hüquqşünas qeyd edib ki, siqaretin yerə atılması il ərzində ikinci dəfə təkrar tördilirsə, bu 300 manat yox, 700 manat məbləğində cəriməyə səbəb olur. Onun sözlərinə görə, bu cərimələri kimlərin izləyəcəyi və kimlər tərəfindən cərimələrin tətbiq olunacağı qanunvericilikdə göstərilməyib:
“Bu qanunlar ölkmizdə keçirilən COP-29-dan öncə qəbul olunması, eyni zamanda Azərbaycan hökuməti tərəfindən ekologiyaya tullantıların atılmamasını tənizimləmək üçün qəbul olunub. Qanunların necə tənzimlənəcəyini gələcək göstərəcək. Ümid edirik ki, insanlar məişət və tütün məlumatlarının tullantılarını artıq nəzərdə tutulmuş yerlərə atacaq”.