"Əgər neftin qiyməti enərsə..." - Samir Şərifov
"Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb".
Ajans.az "Unikal"-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.
O bildirib ki, cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəltmişik: "Növbəti il biz bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti enərsə, mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”.