Ədəbiyyatşünas-alim dünyasını dəyişdi
![Ədəbiyyatşünas-alim](https://ajans.az/uploads/images/202502/image_940x_67ae003f13bd7.webp)
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, ədəbiyyatşünas, dosent Pərvanə İsayeva dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, Pərvanə Bəkir qızı İsayeva 1969-cu il iyun ayının 11-i anadan olub. Əslən Laçın rayonunun Cağazur kəndindəndir. Müxtəlif illərdə ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar və ictimai elmlər şöbəsinin – müdir müavini vəzifəsində çalışıb. Bir çox elmi məqalələrin müəllifidir.
Ailəli idi və bir övladı var.