Dünyanın ən BAHALI QƏZASI...

Dünyanın ən
Qəza
Dünya 26-11-2024 - 12:57

2 Ferrari, 1 McLaren Elva və yalnız 499 ədədi istehsal olunan Ferrari LeFerrari də daxil olmaqla 1 Bentley-in İsveçrə yaxınlığındakı Pfunds dağ yolunda toqquşduğu qəza dünya gündəmini silkələyib.

Ajans.az xəbər verir ki, ümumi dəyəri 78 milyon dollar olan nəqliyyat vasitələrinə dəyən ziyan 2.2 milyon dollara çatıb. Qəzaya münasibət bildirən bəzi istifadəçilər “Ağıl pulla alınmaz” sözlərini dilə gətirib.

Qəzada dünyanın ən dəbdəbəli 4 avtomobilinə ciddi ziyan dəyib. Bildirilir ki, ən çox zərər 963 at qüvvəli Ferrari LaFerrari-yə dəyib. Sürücülər xəsarət almayıb və hadisənin eşidilməsinə mane olmaq üçün böyük səy göstəriblər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: