Dünyanın ən yaraşıqlı kişisi ODUR

Dünyanın ən yaraşıqlı kişisi
Şou Biznes 11-10-2024 - 09:08

Dünyanın ən yaraşıqlı kişisi açıqlanıb.

Ajans.az xəbər verir ki, aktyor Aaron Teylor Conson dünyanın ən yaraşıqlı kişisi seçilib. Bu nəticəyə Londondan olan estetik cərrah, doktor Julian De Silva gəlib, o, rəssamın üzünü qızıl nisbət qaydası ilə əlaqələndirib. Ekspertin sözlərinə görə, onun nisbətləri 93,04 faiz mükəmməlliyə yaxındır.

"Emily in Paris" serialının ulduzu, 32 yaşlı aktyor Lüsyen Laviskont 92,41 faizlə ikinci yeri tutub. Üçüncü yeri 92,38 faiz toplayan 28 yaşlı aktyor Pol Meskal qazanıb.

Qızıl nisbət qədim yunanlar tərəfindən “gözəlliyi ölçmək” üçün işlənib hazırlanmış riyazi nisbətdir. Leonardo da Vinci bu nisbətdən istifadə edərək “Vitruvian Adamı”nda ideal kişi bədəninin rəsmini yaradıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: