Dünyanın ən aktiv vulkanı PÜSKÜRDÜ - 30 min insan TƏHLÜKƏDƏ

Dünyanın ən aktiv vulkanı PÜSKÜRDÜ -
Vulkan
Dünya 11-03-2025 - 11:53

Mərkəzi Amerika ölkəsi Qvatemalada 3763 metr yüksəklikdə yerləşən Fueqo vulkanında püskürmə baş verib.

Ajans.az xəbər verir ki, azı 300 ailənin evlərindən təxliyə edildiyi, 30 min insanın isə köçürülmə təhlükəsi ilə üzləşdiyi bildirilir.

Həvəskar kameralar paytaxt Qvatemala şəhərinin təxminən 50 kilometr cənub-qərbində meydana gələn püskürmədən sonra fışqıran lava və kül buludlarını çəkib və səlahiyyətlilər 30 min insanın təxliyə təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

İndiyə qədər heç bir can itkisinin olmadığı bildirilsə də, bir çox məktəbdə təhsilin dayandırıldığı və riskli yolların ehtiyat tədbiri olaraq nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı bildirilib.

3763 metr hündürlükdə olan və dünyanın ən aktiv vulkanlarından biri sayılan Fueqo vulkanı sonuncu dəfə 2018-ci ildə böyük püskürmə ilə üzləşib. 215 nəfərin həyatını itirdiyi ictimaiyyətə çatdırılıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: