Suriya MN bu bölgələrə əlavə qüvvələr YERİTDİ

Suriya MN bu bölgələrə əlavə qüvvələr
Suriya
Dünya 07-03-2025 - 12:31

Təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən toqquşmadan sonra Suriya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin əlavə birlikləri Latakiya və Tartusa göndərilib.

Ajans.az xəbər verir ki, bu barədə SANA Suriya hərbi idarəsindəki mənbəyə istinadən məlumat yayıb.

Agentlik mənbədən sitat gətirir:

“Bizim qüvvələrimiz bölgədə sabitliyi və təhlükəsizliyi bərpa etmək üçün Əsəd tərəfdarlarına qarşı mübarizədə SAR Dövlət Təhlükəsizlik İdarəsinin qüvvələrinə kömək etmək üçün Latakiya və Tartus şəhərlərində yerləşdirilməyə başlayıb”.

Suriya Dövlət Təhlükəsizliyi Müdirliyindəki mənbə Əsəd tərəfdarları və onlara kömək edənlərin müəyyən edilməsi üçün əməliyyatın başladığını açıqlayıb.

Mənbə Latakiya və Tartus sakinlərinə evdə qalmağı və “şübhəli hərəkətlər barədə dərhal məlumat verməyi” tövsiyə edib, həmçinin silahlarını yerə qoymağa və Suriya Müdafiə Nazirliyinin ən yaxın ofisinə müraciət etməyə çağırıb.

Cümə günü, martın 7-də Latakiya və Tartus şəhərlərində Bəşər Əsəd tərəfdarlarının silahlı üsyanı barədə məlumat yayılıb. İlkin məlumata görə, azı 16 polis əməkdaşı həlak olub. Onlar 28 etirazçını öldürərək qiyamı yatırmağa çalışıblar.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: