Dünyaca məşhur ulduz bu hərəkətinə görə qınandı - VİDEO
Selena Qomezin Nyu-Yorkda evsiz bir kişiyə 20 dollar verməsi sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.
Ajans.az xəbər verir ki, bəziləri bu məbləği az görsə də, bəziləri onun səxavətini tərifləyib. Bu hadisə məşhurların xeyriyyəçilik anlayışı ilə bağlı müzakirələrə səbəb olub.
1,3 milyard dollar sərvəti olan 32 yaşlı ulduz bu hərəkəti ilə sosial mediada müzakirələr yaradıb. Qomezin üzərində nağd pul olmadığı üçün mühafizəçidən 20 dollar istədiyi və normal olaraq daha çox verəcəyi də bildirilib. Amma bəzi izləyicilər bu hərəkəti kəskin qınayıb və Qomezin sadəcə “şou” xətrinə bunu etdiyini deyib.