Duman, 8 dərəcə şaxta var - Faktiki hava

Cəmiyyət
25-12-2024 - 05:58
Dekabrın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Ajans.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Naxçıvan, Şəmkir, Qobustan, Quba, Xaltan, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Tərtər, Sumqayıt, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Baş Prokurorluq və Səhiyyə Nazirliyi plastik cərrahlarla bağlı məlumat yaydı
Cəmiyyət12:10 / 06-02-25