Dövlət Telekommunikasiya Komitəsinin sabiq rəhbəri vəfat edib
Rusiya Dövlət Telekommunikasiya Komitəsinin keçmiş rəhbəri Aleksandr İvanov 84 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə “Bülleten of Communications” jurnalı öz saytında məlumat yayıb.
“Qohumları, dostları, həmkarları, Rabitə Veteranları Fondu və Qardaş Ürək Fondu dərin təəssüf hissi ilə bildirirlər ki, general-polkovnik Aleksandr Anatolyeviç İvanov 85 yaşında dünyasını dəyişib”, - məlumatda deyilir.
Jurnalın redaktorları da İvanovun qohumlarına və dostlarına başsağlığı verib.