Dostunu vəhşicəsinə öldürdü, meyitini 2 həftə divanda gizlətdi - ŞOK

Dostunu vəhşicəsinə öldürdü, meyitini 2 həftə divanda gizlətdi -
Həbs
Kriminal 14-11-2024 - 11:37

Sankt-Peterburqda polis dostunu öldürməkdə şübhəli bilinən 35 yaşlı kişini saxlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının regional Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Kişinin meyiti yaşadığı mənzildəki divanda iri çantada tapılıb.

İstintaqın məlumatına görə, sentyabrın 18-də şübhəli şəxs Narodnoqo Opolçeniya prospektində yerləşən mənzilə 33 yaşlı tanışının yanına gəlib. Dostlar spirtli içki qəbul edib, bundan sonra aralarında mübahisə düşüb. Təqsirləndirilən şəxs bıçağı götürərək içki içən yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

Qatil daha sonra meyiti torbaya bükərək divanda gizlədib və gözdən itib. Oktyabrın 3-də qalıqlar aşkar edilib, noyabrın 6-da isə cinayətkar Yeletsdə tutulub. Qətllə bağlı cinayət işi açılıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: