Dizel yanacağının qiymətləri artırıldı
Dizel qiymətləri bu gün bir sıra ölkələrdə artıb. Məsələn, Filippində dizel qiymətləri ardıcıl ikinci həftədir artır.
Ajans.az "interpress"ə istinadən xəbər verir ki, ölkənin əsas yanacaq təchizatçıları – Chevron və Petron hər litr dizel üçün qiyməti 0.90 peso qaldırıblar.
Bu artım, əsasən, Yaxın Şərqdə gərginliyin artması və ABŞ-ın neft ehtiyatlarının azalması kimi qlobal təchizat problemləri ilə əlaqədardır.
Avropa ölkələrində də dizel qiymətləri qlobal bazarda baş verən dalğalanmalardan təsirlənərək yüksəlib, bu isə istehsalçı ölkələr tərəfindən hasilatın azaldılması və tədarük zəncirindəki problemlərlə bağlıdır.