Deputat adam DÖYDÜ: Partiyadan qovuldu!

Deputat adam DÖYDÜ:
Dünya 28-10-2024 - 11:36

Leyboristlər Partiyasının Runkorn və Helsbi dairələrini təmsil edən parlament üzvü Mayk Amesburi bir şəxsi yumruqla vuraraq yerə yıxdığı anların yayımlanmasından sonra partiyadan uzaqlaşdırılıb.

Ajans.az xəbər verir ki, həmin görüntüləri “Daily Mail” əldə edib.

Videoda M.Amesburinin yerə yıxılmış şəxsə hücumu davam etdirdiyi görünür.

Hadisədən sonra Leyboristlər Partiyası M.Amesburinin partiyaya üzvlüyünü dayandırıb və onun parlamentdə müstəqil deputat kimi fəaliyyət göstərəcəyini açıqlayıb.

Hadisə ilə bağlı Çeşir polisi araşdırma aparır.

PAYLAŞ: