Dekabr ayının pensiyaları artımla birlikdə köçəcək? - DİQQƏT

Dekabr ayının pensiyaları artımla birlikdə köçəcək? -
Pensiyalarda artım
İqtisadiyyat 09-12-2024 - 14:30
 1237

Son günlərdə pensiya artımları və onların ödəniş tarixi cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə, dekabr ayında pensiyaların artımla birlikdə köçürüləcəyi ilə bağlı müxtəlif iddialar gündəmə gəlib. Bu, həm pensiyaçılar arasında xüsusi müzakirə olunur, həm də mövzuya dair suallar doğurub.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Ajans.az-a açıqlamasında qeyd edib ki, artımla bağlı ödənişlərin yanvar ayında həyata keçirilməsi daha real görünür. Onun fikrincə, dövlət büdcəsində bu istiqamətdə maliyyə təminatı ilə bağlı mövcud çətinliklər məsələnin dekabr ayında həllini çətinləşdirir. Buna görə də pensiyaların artımla ödənilməsi yanvar ayında ödənilə bilər:

"Təqaüdlər artırılmış şəkildə dekabrda köçə bilməz. Çünki büdcədə bununla bağlı vəsait yoxdur. Bu yeni büdcədə təsdiqlənəcək. Yeni büdcə isə 2025-ci il yanvarın birindən qüvvəyə minəcək. Ço gümanki bu artımlar artıq yanvar ayına təsadüf edəcək. Əgər dekabrla bağlı hansısa bir indeksləşdirmə aparılarsa, o zaman dekabr ayı ilə bağlı hər hansı ödənişlər yanvarda köçürülə bilər". 

Ekspert qeyd edib ki, bu məsələ dövlətin büdcə planlaşdırması və ilin sonunda əlavə maliyyə ehtiyacları ilə bağlıdır. Onun sözlərinə görə, bu cür qərarlar həm də dövlətin sosial siyasətinə uyğun olaraq və maliyyə sabitliyi nəzərə alınaraq qəbul edilir.

2025-ci ildə bütün növ əmək pensiyaları artırılacaq və bu Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb. İndeksləşdirmə faizi hər hansı qurum tərəfindən müəyyənləşdirilən faiz deyil. Bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilən indeksləşdirmədir.

PAYLAŞ: