DƏHŞƏT: 16 yaşlı yeniyetmə bütün ailəsini QƏTLƏ YETİRDİ
ABŞ-nin Nyu-Meksiko ştatında polis ailəsinin 4 üzvünü qətlə yetirən yeniyetməni saxlayıb.
Ajans.az xəbər verir ki, Nyu-Meksiko əyalət polisinin məlumatına görə, 14 dekabr şənbə günü saat 3:32-də 16 yaşlı gənc Belen şəhəri yaxınlığında ölüm xəbəri vermək üçün 911-ə zəng edib.
Ştat hüquq-mühafizə orqanları yeniyetmənin “yüksək sərxoş vəziyyətdə” olduğunu və əllərini yuxarı qaldıraraq gələn polisə təslim olduğunu deyirlər. Evdən tapança, həmçinin 42, 35, 16 və 14 yaşlı 4 nəfərin meyiti tapılıb.
Ailəsini öldürən yeniyetmə 4 maddə ilə ittiham olunub. Hadisə ilə bağlı araşdırma aparılır.