"Deha"nın yayımı dayandırıldı!
Prezident Ərdoğanın son günlər sərt sözlərlə tənqid etdiyi serialla bağlı RTÜK diqqətçəkən addım atıb.
Ajans.az xəbər verir ki, bu gün keçirilən idarə heyəti toplantısında “Sahipsizler”, “Yabani” və “Deha” seriallarının proqramlarının dayandırılmasına qərar verilib. Həmçinin “Arka Sokaklar” serialı da cərimələyib.
Sözügedən serialların yayımı ailə-məişət problemlərini qabartması, qadına şiddət, hüquq-mühafizə orqanlarının mənfi təqlidi, uyğunsuz davranışlar və s. səbəblərlə dayandırılıb.