Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq - FOTO

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq -
Cəmiyyət 17-10-2024 - 16:32

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. 

Ajans.az xəbər verir ki, xəbərdarlığa əsasən, sabahdan  Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi oktyabrın 19-u səhərədək  davam edəcək.  Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək  güclənəcəyi gözlənilir.   

Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır. 

PAYLAŞ: