Daşkəsəndə qidadan zəhərlənən şəxslərin vəziyyəti açıqlandı

Ötən gün Daşkəsən rayonunda üç nəfər zəhərlənib.
Ajans.az xəbər verir ki, onların bir ailənin üzvü olduqları və qidadan zəhərləndikləri bildirilib.
Zəhərlənən şəxslərin vəziyyətləri ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Ajans.az-a bildirilib ki, onlar artıq evə buraxılıb.
"Fevralın 24-də, saat 20:50-də üç nəfər (biri kişi, ikisi qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər üç şəxsə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb, - deyə məlumatda bildirilir.