Daşkəsəndə qanunsuz ov edən şəxslər saxlanıldı

Hadisə
08-03-2025 - 13:25
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov edən A. Musayev, B. Kamalov və E. Abbasov saxlanılıblar.
Ajans.az xəbər verir ki, həmin şəxslərdən qanunsuz ovladıqları 3 ədəd çöl donuzu və 1 ədəd ov tüfəngi aşkarlanıb.
Faktlar üzrə araşdırmalar aparılır.