Dağıntılar altında qalan qadının son DURUMU - RƏSMİ

Xəbər verdiyimiz kimi, Bərdədə yaşayış binasının eyvanı uçub.
Uçqun altında qalan şəxs 1990-cı il təvəllüdlü Turanə Əliyevadır.
Qadının vəziyyəti ilə bağlı Ajans.az-ın sorğusuna TƏBİB-dən cavab verilib:
"15.03.2025-ci il tarixində saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qasıx sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin küt travması diaqnozları təyin edilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.