Çörək alarkən buna DİQQƏT EDİN! - İçindən görün nələr ÇIXIR

Çörək alarkən buna DİQQƏT EDİN! - İçindən görün nələr ÇIXIR
Cəmiyyət 10-02-2025 - 14:38
 55

Fevralın 6-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən çörək alan Y.Məhəmmədoğlu biabırçı hadisə ilə qarşılaşıb. Vətəndaş bildirib ki, "Qarabağ çörək zavodu"na məxsus çörəyi kəsəndə qarşılaşdığı mənzərə onu şoka salıb. Y.Məhəmmədoğlu qeyd edib ki, çörəyin içindən siqaret kötüyü çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məsələ qurumun regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Daha sonra çörəyin istehsalçı şirkəti olan "Qarabağ" ASC-dən bildirilib ki, çörəyin içərisindən siqaret kötüyünün çıxması ilə bağlı yayılan görüntülər həqiqəti əks etdirmir:

"Fevralın 6-da bəzi şəxslər məqsədli şəkildə öyrədilmiş şəхsə Zаbrаt qəsəbəsində yеrləşən "Ruzi" mаrkеtdən bizim müəssisəyə məхsus olan 1 ədəd çörək aldırıblar. 2 gün sоnrа guyа bu çörəyin içərisində siqаrеt kötüyünün оlduğunu iddia еdərəк sоsiаl şəbəкədə həqiqətə uyğun olmayan görüntü pаylаşıblar. Halbuki 200-250 dərəcədə еmаl оlunаn çörəyin içərisində siqаrеt kötüyü qаlа bilməz. Müəssisəmizə qarşı böhtan xarakterli addımlar atan şəxslər barəsində əlimizdə tutarlı faktlar var. Onlarla bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə məlumatda qeyd olunub.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Ajans.az"a söyləyib ki, Azad İstehsalçılar Birliyinin ofisində içərisindən 10 sm-lik bolt, tük, torba sapları, hətta, insan dişi çıxan peraşki kimi nümunələrə rast gəlmək mümkündür:

 ‘’Belə hallar illər boyu davam etsə də azalmanı görmək mümkündür. Hazırda bazardakı zavod çörəyi seqmentində böyük rəqabət var. Məlumdur ki, bu zaman keyfiyyət yüksəlir. Lakin dövlət orqanları qiyməti sabit saxlamaq üçün zavod çörəyi istehsal edənlərə qarşı təzyiq göstərir. Bununla yanaşı, qeyri-qanuni təzyiqlər də mövcuddur. Ancaq AQTA bütün bunların qarşısını almaq əzmindədir. Sərbəst qiymət şəraitində bazara yeni oyunçular girəcək, qiymət aşağı enəcək və keyfiyyət qalxacaq. Belə bir gərgin şəraitdə çörəyin içərisindən siqaret kötüyünün çıxması barədə AQTA-dan məlumat verildi. Bununla bağlı müəyyən araşdırmalar apardıq. Məlum oldu ki, əməli kimlərsə təxribat məqsədi ilə törədiblər. Təəssüf ki, bazarda bir-biri ilə rəqabətdə olan istehsalçılar bəzən bu tərz təxribatlara əl atırlar. AİB-nin araşdırması onu göstərdi ki, 200-250 dərəcə temperaturda bişirilən siqaret çörəyin içərisində qala bilməz. Ehtimallarımıza görə, bu kimsə tərəfindən atılan böhtandır.

Ekspert vurğulayıb ki, bununla əlaqədar "Qarabağ" çörək zavodunun faktları var və məhkəmə iddiası qaldıracaq:

‘’Lakin bu o demək deyil ki, çörəyin içərisindən yad cisimlərin çıxması ilə bağlı hallar yaşanmır. Ona görə də çörək zavodları çox diqqətli olmalıdılar. Ümumiyyətlə, belə problemin yaşanması antisanitar şəraitin hökm sürdüyündən xəbər verir".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: