Ceyhun Bayramov sülh müqaviləsindən DANIŞDI

Ceyhun Bayramov sülh müqaviləsindən
Ceyhun Bayramov
Cəmiyyət 20-01-2025 - 13:22

Sülh müqaviləsi ilə bağlı proses 2025-ci ildə davam edəcək.

Ajans.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Saziş layihəsinin özünün preambula hissəsi və 17 maddədən 15 maddəsi tam razılaşdırılmışdır.

“2 maddə hələki tam razılaşdırılmayıb. Burada danışıqlar davam edir. Bu, Ermənistan konstitusiyasında və bir sıra hüquqi aktlarda ərazi iddialarının hələdə mövcudluğudur ki, biz bu barədə Ermənistandan ciddi addımlar gözləyirik. Real addımlarda çatışmazlıqlar var”.

PAYLAŞ: