Cənubi Koreyada səhmlər UCUZLAŞDI

Cənubi Koreyada səhmlər
Gündəm 03-12-2024 - 20:58

Cənubi Koreya şirkətlərinin səhmləri ölkə prezidenti Yun Sok Yolun hərbi vəziyyət elan etməsindən sonra kəskin ucuzlaşıb.

Ajans.az xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.

Bildirilir ki, ABŞ-də qeydiyyatda olan olan “iShares MSCI South Korea ETF” səhmləri 6% ucuzlaşıb.

Cənubi Koreyanın ən böyük şirkəti olan “Samsung”un İngiltərədə səhmləri 7% ucuzlaşıb.

Qeyd edək ki, Cənubi Koreya dünyanın 13-cü ən böyük iqtisadiyyatıdır.

PAYLAŞ: