Cənubi Koreya Ukrayna ilə hərbi əməkdaşlıq edir - RUSİYA QƏZƏBLƏNDİ

Cənubi Koreya Ukrayna ilə hərbi əməkdaşlıq edir -
Ukrayna, Cənubi Koreya
Siyasət 27-11-2024 - 15:38

Cənubi Koreya prezidenti Yun Seok-yeol Ukraynanın müdafiə naziri Rustem Umerova Rusiya və KXDR arasında hərbi əməkdaşlıq səbəbindən təhlükəsizlik təhdidlərinə cavab planı yaratmağı təklif edib.

Ajans.az xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin administrasiyasında bildirilib:

“Koreya Respublikası və Ukrayna Şimali Koreya əsgərlərinin göndərilməsi də daxil olmaqla, Rusiya və KXDR arasında hərbi əməkdaşlıq nəticəsində yaranan təhlükəsizlik təhdidlərinə cavab vermək üçün hərəkətə keçməli və planlar hazırlamalıdır”.

Umerovun başçılıq etdiyi Ukrayna nümayəndə heyəti ilə Milli Təhlükəsizlik Departamentinin rəhbəri Şin Vonsik və müdafiə naziri Kim Yonq-hyun görüşüb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Andrey Rudenko bildirib ki, Cənubi Koreyanın Ukraynaya silah tədarük etməsi Rusiya ilə münasibətləri pozacaq. O, Moskvanın Kiyevin tədarüklərinə bütün gücü ilə cavab verəcəyini vəd edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: