Cənubi Koreya prezidenti DİNDİRİLƏCƏK
Xüsusi müstəntiq qrupu çərşənbə günü Cənubi Koreyanın impiçment edilmiş prezidenti Yun Suk Yeolu dindirilmək üçün çağırmağı planlaşdırır.
Ajans.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bildirişi ona çatdırmaq üçün Yunun iqamətgahına gəliblər.
Dekabrın 14-də parlament Cənubi Koreyada hərbi vəziyyət elan etdiyinə görə Yun Suk Yeolun impiçmentini elan edib, nəticədə onun səlahiyyətlərinə xitam verilib. İndi Konstitusiya Məhkəməsi bu impiçmenti təsdiqləmək və ya Yunu bərpa etmək barədə qərar verməlidir.
Onun barəsində məqsədi konstitusiya quruluşunu devirmək olan iğtişaş törətməkdə şübhəli bilinərək istintaq aparılır. Dekabrın 3-ü axşam saatlarında
Bundan əvvəl Yonhap xəbər vermişdi ki, prokurorluq Yunu dekabrın 15-də dindirməyə çağırıb, lakin o, gəlməyib. Xəbər agentliyinin məlumatına görə, Yun Suk Yeol hələ də vəkilləri işə götürməyib və bu səbəbdən də sorğu-sual üçün gəlməyib.