Cənubi Koreya parlamenti prezidentin impiçmentini dəstəkləyir
Cənubi Koreya parlamenti prezident Yun Seok Yeolun impiçmentinə səs verib.
Ajans.az xəbər verir ki, Cənubi Koreya parlamenti dekabrın əvvəlində ölkədə hərbi vəziyyət tətbiq edən prezident Yoon Seok-yeola impiçment elan edib. Bu barədə parlamentin spikeri Vu Von-sik bildirib. Onun sözlərinə görə, səsvermədə 300 deputatın hamısı iştirak edib. İmpiçmenti 300 parlamentaridən 204-ü dəstəkləyib. 85 nəfər əleyhinə, üç nəfər bitərəf qalıb, daha səkkiz səs etibarsız sayılıb.
Qeyd olunur ki, Konstitusiya Məhkəməsi icraata başlayacaq və impiçmentin təsdiqi, yoxsa dövlət başçısının vəzifəsinə bərpası barədə qərar verəcək. İşə baxılması altı aya qədər çəkə bilər. Baş nazir Han Deok-soo yekun hökm çıxarılana qədər prezident səlahiyyətlərini icra edəcək.