Cənubi Koreya məhkəməsi prezident Yoon Seok-yulun həbsinə dair orderi ləğv etdi

Cənubi Koreya məhkəməsi prezident Yoon Seok-yulun həbsinə dair orderi
Dünya 07-03-2025 - 10:23

Cənubi Koreya məhkəməsi impiçment elan edilmiş prezident Yoon Seok-yulun həbsdən azad edilməsinə qərar verib.

Ajans.az xəbər verir ki, bu barədə martın 7-də Associated Press (AP) məlumat yayıb.

Lakin məhkəmə nümayəndələri bu məlumatı dərhal təsdiqləməyiblər. Xatırladaq ki, bu il yanvarın 15-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Agentliyi prezident Yoonu dekabrın 3-də hərbi vəziyyət haqqında fərmanla bağlı həbs etmişdi. Müstəntiqlər bu fərmanın üsyana bərabər olduğunu deyirlər. Bu cinayətdə təqsirli bilinərsə, onu ölüm və ya ömürlük həbs cəzası gözləyir.

Bundan əvvəl Cənubi Koreya prezidentinin təhlükəsizlik xidməti müstəntiqlərə Cənubi Koreya liderini öz iqamətgahında həbs etməyə icazə verməkdən növbəti dəfə imtina edib.

Dekabr ayında millət vəkilləri Yoonu ayrıca impiçment elan edərək, Yoonun prezidentliyinə rəsmən son qoyulması və ya onun vəzifəsinə bərpa olunması barədə qərar verməyi Konstitusiya Məhkəməsinin öhdəsinə buraxıblar.

PAYLAŞ: