Bütün ailəsini öldürdü, daha sonra da hadisə yerini... - TƏFƏRRÜATLAR/FOTO

Bütün ailəsini öldürdü, daha sonra da hadisə yerini... -
Polis
Kriminal 25-10-2024 - 08:45

Vaşinqtonun Fall Siti şəhərində 15 yaşlı oğlan valideynlərini və üç bacı-qardaşını öldürüb.

Ajans.az xəbər verir ki, 15 yaşlı oğlan öz qardaşını cinayətdə ittiham etməyə çalışıb. 

Proqram mühəndisi, 43 yaşlı Mark Hyumston və tibb bacısı həyat yoldaşı, 42 yaşlı Sara, Siattldan 30 mil aralıda lüks evlərində beş övladlarından üçü ilə birlikdə ölü tapılıblar.  Onların böyük oğlu hadisə yerində həbs edilib və indi birinci dərəcəli qətl və adam öldürməyə cəhd ittihamı ilə üzləşir. 

“DailyMail.com”un əldə etdiyi bir polis hesabatında yeniyetmənin ötən axşam intim xarakterli görüntülər izləyərkən tutulduqdan sonra ailəni güllələdiyini, cinayətləri 13 yaşlı qardaşı Benjamin üzərinə atmağa çalışdığı göstərilib.   

Detektivlərin dediyinə görə, 15 yaşlı gənc də qətlin Benjamin tərəfindən törədilmiş qətl-intihar olduğuna inandırmaq üçün cinayət yerini saxtalaşdırmağa cəhd edib.

Hesabatda qeyd olunur ki, uşağın əlinə qara Qlok tapançası qoyulub, lakin məhkəmə-tibb ekspertləri silahın atəşə tutulmadığını və uşağın üzünə ölümcül yaradan sıçrayan qanın səhv yerdə olduğunu müəyyən ediblər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: