Bu şəxslərin DİQQƏTİNƏ: Daha çox pensiya ala bilərsiniz

Bu şəxslərin DİQQƏTİNƏ:
Pensiya
Cəmiyyət 27-11-2024 - 13:35

“Pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə məqsədəuyğundur”.

Ajans.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, əmək pensiyasının məbləği pensiya kapitalının məbləğinin orta pensiya müddətinə, yəni 144 əmsalına bölməklə hesablanır. Nəticədə kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur: “Pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunması daha yaxşı olar. Bununla çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar.
Digər məqam - əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40 320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanmasıdır. Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşımıza yığımı az olsa da, əmək pensiyası hüququ yaradıb. Bu, olduqca yüksək qiymətləndirilməlidir”.

V. Bayramov bildirib ki, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması və pensiya məbləğinə əlavə edilməsi yaxşı olar. O, bu baxımdan, diferensial yanaşmaya ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, deputat Milli Məclisin plenar iclasında pensiya sistemi ilə bağlı təkliflərimi təqdim etdiyini də açıqlayıb.

PAYLAŞ: