Dünyanın ən yaşlı adamı vəfat etdi
Con Alfred Tinnisvud 112 yaşında Böyük Britaniyada vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə Daily Mirror məlumat yayıb.
Tinnisvud bu ilin aprelində dünyanın ən yaşlı kişisi seçilib. Dünyanın ən yaşlı kişisi statusu ona 114 yaşlı venesuelalı Xuan Visente Peres Moranın ölümündən sonra keçib. Bundan əvvəl, 2020-ci ildə, 111-ci ad günündən sonra o, Böyük Britaniyanın ən yaşlı kişisi kimi tanınıb.
Tinnisvud bazar ertəsi, noyabrın 25-də Southportda yaşadığı qocalar evində vəfat edib. Yaxınlarının dediyinə görə, ömrünün son günlərində yüzillik “sevgi və musiqi” ilə əhatə olunub. Tinnisvud uzunömürlülüyünü sadə şanslar və gəncliyində çoxlu fiziki fəaliyyətlə əlaqələndirib. “Ya uzun, ya da qısa yaşayırsınız və bununla bağlı heç nə edə bilməzsiniz. Mən bu yaşı hiss etmirəm, bundan narahat deyiləm. Bəlkə də buna görə buna nail oldum”, - deyə Tinnisvud müsahibəsində bildirib.
Con Alfred Tinnisvud 26 avqust 1912-ci ildə anadan olub. O, İkinci Dünya Müharibəsinin ən yaşlı veteranı olub. O, ömrünün çox hissəsini neft emalı şirkətləri Shell və BP- də mühasib kimi çalışıb.