Bu ölkədə məscidə dəhşətli hücum - Onlarla ölən var

Bu ölkədə məscidə dəhşətli hücum -
Dünya 22-03-2025 - 19:29
 1585

Nigeriyanın cənub-qərbində yerləşən məscidə silahlı hücum edilib, nəticədə azı 44 nəfər həlak olub.

Ajans.az-ın “Al-Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı ölkədə üçgünlük matəm elan edilib.

Nigeriyanın daxili işlər naziri Mohamed Toumba hücum zamanı 13 nəfərin yaralandığını, onlardan 4-nün vəziyyətinin ağır olduğunu bildirib.

Nazir hadisənin İŞİD terror təşkilatına bağlı qruplaşmalar tərəfindən törədildiyini qeyd edib.

PAYLAŞ: