Bu ölkədə DƏHŞƏT: Polis məmuru güllələnərək ÖLDÜRÜLDÜ

İzmirin Çiğli rayonunda marketə silahlı basqın zamanı polis əməkdaşı güllələnərək həyatını itirib.
Ajans.az xəbər verir ki, hücumu həyata keçirən qrupdan 7 şübhəli saxlanılıb.
Hadisə ötən gün saat 21.30 radələrində İnönü məhəlləsi 9501 küçəsində yerləşən bazarda baş verib. Əldə edilən məlumata görə, daha əvvəl də dəfələrlə onu narahat etdiyi iddia edilən böyük bir qrup şəxs Ü.Ö-nin işlətdiyi bazara gəlib. İddia edilib ki, qrup 3 avtomobillə bazara gəlib və qrupdan M.A adlı biri market sahibinə dostunun və müştərisinin adını verərək, ona borclarının olduğunu və gəlib getdiklərini bildirib.
Bazar sahibi ilə qrup arasındakı mübahisəyə həmin vaxt bazarda olan polis məmuru Mehmet Sıddık Temel (50) də qarışıb. Tüfənglə 5 dəfə atəş açılan zaman polis məmuru Mehmet Sıddık Temel kürəyinə dəyən güllələrdən ağır yaralanıb. Silah səsini eşidənlər vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər.
Xəbərdarlığın ardından hadisə yerinə gələn polis qrupları şübhəlilərin tutulması üçün işlərə başlayıb. 3 uşaq atası polis məmuru Mehmet Sıddık Temel aparıldığı Çiğli Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib. Müayinədən sonra Temelin cansız bədəni İzmir Ədli Tibb Qurumunun meyitxanasına aparılıb.