Bu il 1 milyondan çox canlı növbə, 80000-ə yaxın onlayn növbədən istifadə edilib

Bu il 1 milyondan çox canlı növbə, 80000-ə yaxın onlayn növbədən
Vüqar Qurbanov
Cəmiyyət 18-12-2024 - 12:25

TƏBİB də Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimi tibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir. Bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması, innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər aparılır.

Tibb müəssisələrinin rəhbərlərinin bilik və bacarıqlarının artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda dəfələrlə təlimlərin təşkil olunması da müsbət addımlardandır. Bu təlimlərin yekunu olaraq TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ankara Universiteti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Ajans.az xəbər verir ki, Vüqar Qurbanov qeyd edib ki, "tibb müəssisələrimizdə pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub. Pilot layihə olaraq onlayn növbə sistemi pilot olaraq Yeni Klinikada tətbiq olunur. Daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80000-ə yaxın isə onlayn növbə xidmətindən istifadə edib".

Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində də işlər aparılır: sözügedən sistemin təkmilləşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır və bu proses gələcəkdə də davam etdiriləcək.

Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması da əsas prioritetlərimizdəndəndir. Bu sahədə artıq kifayət qədər işlər görülüb. Müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır.

Ümumiyyətlə, bütün yeniliklər, səhiyyə idarəetməsindəki müasir tendensiyalar gün ərzində panel müzakirələrdə əhatə olunacaq. Mən 2024-cü il ərzində TƏBİB-in tabeli tibb müəssisələrinə edilən müraciətlərlə bağlı statistikanı sizinlə bölüşmək istəyirəm. 2024-cü ildə tibb müəssisələrimizə 24.2 milyon müraciət qeydə alınıb, 83.2 milyon xidmət göstərilib.

Bunlar kifayət qədər böyük rəqəmlərdir. Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. Biz də işə qəbul prosesimizdə müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük veririk. 2024-cü il ərzində tibb müəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizədi müsahibəyə dəvət etmişik, onlardan 79 namizəd müsahibəni uğurla keçərək TƏBİB ailəsinin üzvlərinə çevriliblər. Bundan başqa, 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib. 

PAYLAŞ: