Bu gün doğuş zamanı ölən qadının həyat yoldaşı MÜRACİƏT ETDİ

Bu gün doğuş zamanı ölən qadının həyat yoldaşı
Cəmiyyət 26-02-2025 - 16:17
 236

Doğuş zamanı həyatını itirən qadının həyat yoldaşı  kömək istədi.
"Ajans.az" xəbər verir ki, Göygöl rayonunun Murovdağ qəsəbə sakini Cəbrayılov Füzuli Polad oğlu öz TikTok hesabında etdiyi müraciətində belə deyib:
"Mən Kəlbəcər rayonu qaçqınıyam. Daha əvvəl xəstəxanada da paylaşım etmişəm. Həyat yoldaşım hamilə idi, onu sağ-salamat xəstəxanaya apardım. Lakin əməliyyat otağında gecikdirdikləri üçün həm yoldaşımı, həm də ana bətnindəki qızımı itirdik. Göygöl rayon xəstəxanasında Səidə və Afət adlı həkimlərdən şikayətçiyəm. Bu haqsızlıq yerdə qalmasın."

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: