Bu gecə DİQQƏTLİ OLUN!- Ən soyuq qış gecəsi

"Fevralın 19-dan axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Yağan qar nəticəsində qarın hündürlüyü Zaqatalanın dağlıq əraizisi olan "Əlibəydə" 82, Qafda 50, Lerikdə 55 santimetrdir"
"Ajans.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, hazırda Bakı-Abşeron yarımadasında qarın hündürlüyü 9 santimetrdir:
" Belə hava şəraiti gündüz saatlarına kimi davam edəcək. Daha sonra yağıntılar tədricək kəsiləcək. Qeyd edim ki, bu gecə dövrün ən soyuq havası müşahidə olunacaq. Beləki gecə saatlarında havanın temperaturu Bakı-Abşeronda 5-8 dərəcə şaxta, Aron rayonlarında 4-9, dağlıq ərazilərdə 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olunacaq. Bəzi yollar buz bağlıyacaq. 25-26 fevral tarixlərində isə paytaxt və bəzi rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi dağlıq rayonlarda qar yağacaq".